Kateqoriyasız

Millimizin açıq məşqi olacaq

Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin sabah saat 10:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat üçün açıq məşqi olacaq.

Qeyd edək ki, yığmamız Bakıda keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin ilk oyununda martın 17-də Xorvatiya ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43