Kateqoriyasız

DÇ-2022: İngiltərə və Niderlanddan qələbə – YENİLƏNİB

Dünya çempionatında daha üç oyun keçirilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Günün ilk matçında B qrupunda yer alan İngiltərə və İran milliləri üz-üzə gəlub. Bu matçda ingilislər rəqibini darmadağın edib – 6:2.

Qrupun digər görüşündə isə ABŞ Uelslə heç-heçə edib.

A qrupunda Niderland yığması Seneqalı iki cavabsız qolla yenib.

Dünya çempionatı

21 noyabr

A qrupu

20:00 Seneqal – Niderland 0:2

B qrupu

17:00 İngiltərə – İran 6:2

İngiltərə: 1. Cordan Pikford (q), 12. Kiran Tripyer, 5. Con Stounz, 6. Harri Maquayr, 3. Luk Şou, 4. Deklan Rays, 22. Çud Bellingem, 17. Bukayo Saka, 19. Meyson Maunt, 10. Rahim Sterlinq, 9. Harri Keyn (k)

İran: 1. Əlirza Beyrənvand (q), 2. Sadeq Moharremi, 3. Ehsan Həcsəfi (k), 5. Milad Mohemmedi, 7. Əlirza Cahanbaxş, 8. Murtəza Purəliqanji, 9. Mehdi Taremi, 15. Ruzbeh Çeşmi, 18. Əli Kərimi, 19. Məcid Hosseyini, 21. Əhməd Nurullahi
Baş hakim: Rafael Klaus (Braziliya)
“Xəlifə” stadionu

23:00 ABŞ – Uels 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43