Kateqoriyasız

Dəqiqləşdi: “Barselona”nın 4 futbolçusu “Atletiko” ilə səfər matçına aparılmadı

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində “Atletiko” ilə qarşılaşacaq “Barselona” Madridə 4 itki ilə gedir.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunda Jeremi Matye, Tomas Vermalen, Rafinya və Aleyş Vidal zədəli olduğundan “Atletiko” ilə baş tutacaq revaş matçına aparılmayıb. 

“Barsa” madridlilərlə cavab oyunu üçün Madridə aşağıdakı heyətlə yollanır:

Bravo, ter Ştegen, Masip, Duqlas, Pike, Rakitiç, Buskets, Dani Alveş, Arda Turan, İniyesta, Suares, Neymar, Messi, Maskerano, Bartra, Munir, Jordi Alba, Roberto və Adriano.

Qeyd edək ki, sabah keçiriləcək “Atletiko” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43