Dünyanın nüfuzlu şirkətlərindən olan “Deloitte” rəsmi saytında Avropa futbol klublarının illik maliyyə hesabatını dərc edib.
İdmanxeber.az-ın məlumatına görə, siyahıda “Real” ötən il 831 milyon avro qazanaraq birinci yeri tutub. İkinci “Mançester Siti” (826 milyon avro), üçüncü sırada isə PSJ (802 milyon avro) qərarlaşıb.
Xatırladaq ki, “şəhərlilər” son iki ildə reytinq cədvəlində ilk pillədə idi.