İdman

Eddi İsrafilovun səhhətində problem yaşanıb

Hazırda İspaniyanın “Ximnastik” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun səhhətində problem yaranıb.

İdmanxeber.com-un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi akromiyoklavikulyar dislokasiyaya (çiyin oynağı ilə bağlı problem) məruz qalıb. Onun zədəsinin bərpası və ürək-damar sisteminin müalicəsinə başlanılıb. Futbolçunun yaxın həftələr ərzində yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Türkiyənin Antalya bölgəsində Gürcüstan yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43