“AZAL bu gün bizdən istəkli idi. Rəqib bizi üstələdi. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm”.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Premyer Liqanın 26-cı turunda “AZAL”a uduzduqları oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib:
O, daha sonra bəzi futbolçulara da xəbərdarlıq edib:
“Biz isə ardıcıl iki oyunda zəif təsir bağışlayırıq. Bütün bunlardan nəticə çıxarmalıyıq. Bəzi gənc oyunçular artıq hesab edirlər ki, əsas heyət üzvləridir. Amma vəziyyət belə deyil”.