Ölkə futbolu

AZAL “Xəzər Lənkəran”ı məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tur start götürür.

İdmanxeber.com Şüvəlanda baş tutacaq və canlı yayımlanmayacaq AZAL – "Xəzər Lənkəran" matçını onlayn formatında sizə təqdim edəcək.

18 mart (çərşənbə)

Azərbaycan  Premyer Liqası, XXVI tur

16:00. AZAL – “Xəzər Lənkəran” 3:1

Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev

1. Oyun başladı
4. AZAL sağ cinahdan hücum təşkil etdi. Xuanfranın  zərbəsi qapıdan azca aralı keçdi
8. AZAL künc zərbəsi yerinə yetirsə də nəticəsiz olur
9. XL AZAL-ı əks hücumda yaxalayır. Rahid Əmirquliyevin zərbəsi qeyri -dəqiq alınır
13. XL yüz faizlik epizoddan yararlana bilmir. Cənub komandasının 11 nömrəli futbolçusu Nurxan Məsimzadə qapıçı ilə üzbəüz qalsa da qolkiperi keçə bilmir.
15. QOOOOL, XL künc zərbəsindən sonra İlqar  Ələkbərovla hesabı açır
16. AZAL təhlükəli mövqedən cərimə zərbəsi yerinə yetirsə də, Kərim Diniyevin zərbəsindən sonra top canlı səddə dəyərək küncə çıxır
19. Sanko AZAL-ın futbolçusuna qarşı kobud oynayır və sarı vərəqə ilə cəzalanır. Meydan sahibləri təhlükəli yerdən cərimə zərbəsi yerinə yetirəcək
20. QOOOOL, AZAL Kuçenko ilə cərimə zərbəsindən hesabı bərabərləşdirir
22. Nurxan Məsimzadə növbəti dəfə qapıçı ilə təkbətək çıxsa da bərbad zərbə ilə yadda qalır
25. XL künc zərbəsindən yararlana bilmir
29. XL növbəti künc zərbəsini yerinə yetirir.
33. İlqar Ələkbərovun uzaqdan zərbəsi qapıdan xeyli aralı keçir 
41. AZAL künc zərbəsindən yararlana bilmir
42. QOOOL, AZAL sürətli hücum təşkil edir. Mombonqo Tomiçlə dueldən qalib ayrılaraq komandasını hesabda önə keçirir
45. Təmkin Xəlilzadə fərqi artıra bilərdi. Tomiç buna imkan vermir
45+1. İlk hissə başa çatır  
                                                      İKİNCİ HİSSƏ
 
46. XL ikinci hissəyə əvəzləmə ilə başlayır. İlyas Səfərzadənin yerinə meydana Mahsun Qəmbərli daxil olur
48. AZAL künc zərbəsi yerinə yetirsə də, cərimə meydançasına ötürülən topa meydan sahiblərindən heç kim ayaq qoya bilmədi
54. Tounkaranın zərbəsindən sonra qapıçı Ruslan Məcidov topu tutur
56. XL-in heyətində növbəti dəyişiklik. Nurxan Mənsimzadənin əvəzinə meydana Kazım Kazımlı çıxır
59. AZAL fərqi artırmağa yaxın oldu. Öncə Tomiç, daha sonra qapı dirəyi XL-nı qoldan xilas edir
60. AZAL daha  bir yüz faizlik epizoddan yararlana bilmir 
61. QOOOOL, Mombonqo qarışıqlıqdan istifadə edərək hesabı artırır
61. XL-də sonuncu dəyişiklik. Elşən Rzazadənin yerinə meydana Anar Babazadə çıxır
65. AZAL-da dəyişiklik Şəhriyar Rəhimovum əvəzinə meydana Aleksandr Şemonayev daxil olur
67. Anar Babazadənin uzaqdan zərbəsi qapıdan azacıq aralı keçir
72. AZAL-dan Seymur Əsədov sarı vərəqə ilə cəzalandırılır
75. AZAL-da ikinci dəyişiklik: Təmkin Xəlilzadənin əvəzində meydana Nicat Qurbanov daxil olur
77. Mombonqonun sağ cinahdan ötürməsini Şemonayev qapıya yönəltsə də top azacıq qapıdan yan keçir
80. AZAL sağ cinahdan hücum təşkil edir. Qapıya endirilən zərbəni Tomiç küncə çıxarır
81. AZAL yenə gözəl imkanı boşa verir
81. Seymur Əsədovun əvəzinə meydana Orxan Lalayev daxil olur
90. Əsas vaxta 2 dəqiqə əlavə olunur
90+1 Elnur Cəfərovun zərbəsi qeyri-dəqiq alınır
                                                                           Oyun başa çatdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43