AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Məmmədov ÇL-in pley-off mərhələsində iyulun 26-da, Borisov şəhərindəki “Borisov Arena”da keçiriləcək BATE (Belarus) – “Slovan” (Slovakiya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.