İdman

Elmar Əliyev azarkeşlə arasında olan hadisədən danışdı: “Vallah xatırlamıram”

“Yunis Hüseynovla, Vidadi Rzayev də orda olub? Vallah xatırlamıram. Əgər ətrafdakı insanları narahat etmişəmsə, məni üzrlü saysınlar”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri “Kəpəz”in təhlükəsizlik xidmətinin rəisi Elmar Əliyev deyib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra Gəncə klubunun “Keşlə”yə məğlub olan azarkeşləri matçdan dərhal sonra məşqçilər korpusundan hesabat istəyib. Daha sonra söz-söhbətin böyüdüyünü görən Əliyev “Xəmsə” fan klubunun üzvləri olan azarkeşləri həmin zonadan uzaqlaşdırmaq istəyib. Nəticədə ortaya xoşagəlməz görüntülər çıxıb:

“Azarkeşə get dedim ki, problem yaranmasın, o da sözümü eşitmədi. Əslində, onu da qınamıram. O da nəticə istəyir, o da əziyyət çəkib, oyunlara gəlir. Ancaq məni də qınamayın. Çünki mən həm işimi görürəm həm də ola biləcək pis hadisələrin qarşısını almağa çalışıram. Onlar futbolçulara da öz iradlarını yaxından bildirmək istədilər. Futbolçular da əsəbi olsa, onlara sərt cavab versə, bu işin sonu nə olar? Mən öz üzərimə düşən işi gördüm. “Xəmsə” hər zaman fəallığı illə seçilən fan klublarımızdandı. Komandamızın pis nəticələrinə baxmayaraq, daim yanımızda olublar. Bunları unutmaq olmaz. Ən pis hava şəraitində, ən uzaq stadionlara gəliblər. Ancaq kaş həmin gün  bu hadisə yaşanmazdı. İnanın, çox əsəbi idim, gözüm heç yanı görmürdü”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43