Dünya futbolu

Emiliano Salanı aparan təyyarə tapılıb

Britaniya mətbuatının verdiyi məlumata görə, təyyarənin qırıntıları La-Manş boğazının dibində aşkarlanıb.

Bu barədə Salanın və təyyarənin pilotu Aybbotsonun ailəsinə məlumat verilib. Onların meyitlərinin tapılıb-tapılmadığı barədə isə heç bir məlumat  yoxdur.

Emiliano Sala “Nant”da 117 oyuna 42 qol vurmuşdu. Argentinalı futbolçu İngiltərə Premyer Liqasında çıxış edən “Kardiff”in ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43