Ermənistan millisinin futbolçusu Yura Movsisyan maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Moskva "Spartak"ında çıxış edən futbolçu 1987-ci ildə Bakıda dünyaya göz açıb. 12 yaşında ABŞ-a köçən Movsisyan, 3 il öncə Ermənistan yığmasında debüt edib.
O, müsahibəsində ABŞ millisindən təklif aldığını deyib:
“Mən erməniyəm. Amma heç vaxt Ermənistanda yaşamamışam. Bakıda doğulmuşam… Ümumiyyətlə bu haqda danışmaq istəmirəm. Ermənistanla bağlı olmayan mövzularda danışmaq istəmirəm. ABŞ-a köçəndən sonra həyatımda müsbət dəyişikliklər oldu. ABŞ milli komandasında oynamaq imkanım vardı. Ancaq tarixi vətənim olan Ermənistanı seçdim”.
Qeyd edək ki, Yura ABŞ-ın “Real Solt-Leyk”, “Kanzas Siti”, Danimarkanın “Randers” və Rusiyanın “Krasnodar” klublarında çıxış edib. O, 2013-cü ildən Moskva “Spartak”ında çıxış edir.