Kateqoriyasız

“Etdiklərimizin qarşısında belə qəbula layiq deyildik” – Samir Abasov

Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək HİK – “Neftçi” oyunundan öncə keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi.

– İki fərqli üslubda oynayan komanda qarşılaşacaq. Biz daha çox topla oynamağı sevirik, rəqib isə əla əks-hücumlarda təhlükəlidir. Rəqib bizə ilk oyunda təhlükəli anlar yaşatdı. Süni meydançada oynamaq da bir tərəfdən problem olacaq. Ancaq bizim də Meza Kollimiz var. O, belə şəraitə öyrəşib. Bura nəyə görə gəldiyimizi bilirik. İlk oyundakı 2:2 bizim üçün o qədər də yaxşı nəticə olmasa da, burdan uğurla dönmək sitəyirik. Sabah yaxşı nəticə üçün meydanda döyüşməliyik. Əlimizdən gələni edəcəyik. Əhvalımız yaxşıdı. Allah köməyimiz olsun.

– Sabah qalib gəlsəz, komanda qrupları təmin edəcək. Bu, əlavə təzyiq yaratmır?
– Xeyr, bunun üçün hər şey edəcəyik. Anlayırıq ki, bizi çətin matç gözləyir. Ümidliyik ki, hər şey yaxşı olacaq.

– Psixoloji durum nə yerdədi?
– Hər şey qaydasındadı, qayğılı deyilik. Problemlərdən danışmaq istəmirəm. Hər şeyi kənara qoyub, sabah Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq.

– Komandanıza 40 km aralıda stadion təklif olundu. Üstəlik, konfrans da açıq havada…
– Etdiklərimizin qarşısında belə qəbula layiq deyildik. Biz sintetik meydança istədik, vermədilər. Ancaq kənar amillər bizə təsir etməməlidi.

– Namiq Ələsgərovla bağlı vəziyyət nə yerdədi?
– Namik Ələskərov Türkiyəyə getmişdi. Onun getməyinin səbəbi üzünə maska düzəltməsi ilə bağlı idi. Zədə səbəbindən bura gəlməyib. Onun transferi ilə bağlı klubumuz ətraflı məlumat verəcək.

Futbolpress.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43