Kateqoriyasız

Fatih Terimdən “Neftçi” tapşırığı

“Neftçi”nin Avropa Liqasındakı rəqibi “Qalatasaray” Bakıdakı matçın hazırlığlarına start verir.

İdmanxeber.az “Fotomaç”a istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terim sözügedən görüşdə hər hansı bir sürpriz nəticənin olmaması üçün  köməkçilərinə Bakı təmsilçisini təhlil etməyi tapşırıb. Təhlil yekunlaşdıqdan sonra buna əsasən məşqlərə start veriləcək.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43