Dünyadan

“Fənərbağça”nın 41 milyon avroluq zərəri

UEFA-nın maliyyə xərcləmələri cəhətdən nəzarətə götürdüyü “Fənərbağça”da daha bir problem üzə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, “sarı lacivərtlilər” braziliyalı futbolçu Dieqo Ribası əlindən çıxartmağa çalışır.

Belə ki, illik 3 milyon avroya yaxın məbləğ alan Ribas komandadan getmək istəmir. İstanbul təmilsçisi isə cavab tədbiri olaraq onu əvəzedici komandaya göndərməyi düşünür. Gələn mövsüm üçün heyətdə düşünülməyən 31 yaşlı futbolçunun hələ ki, alıcısı yoxdur.

“Fənərbağça” klubu son 5 ildə Dieqo Ribas, Anri Bienvenu, Serdar Kəsimal və Miloş Krasiç kimi futbolçuların ucbatından 41 milyon avrodan çox zərərə uğrayıb.


mənbə: fanatik.com.tr


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43