12 İyul 2026
Dünya futbolu

Braziliyalı oyunçu “Çelsi”dən ayrılır

Tyaqo Silva mövsümün sonunda “Çelsi”dən ayrılacağını açıqlayıb.

İdmanxeber.az məlumat verir ki, təcrübəli müdafiəçi bu barədə London klubunun sosyal media hesablarından açıqlama yayınlayıb.

Silva 2020-ci ildə azad agent kimi “Çelsi”yə qoşulub. O, “zadəganlar”la 2021-ci ildə Çempionlar Liqasını qazanıb.

Braziliyalı müdafiəçinin karyerasını vətənində davam etdirəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43