“Fənərbaxça” qapıçısı Mert Günokla yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, “sarı-lacivərdlilər” qolkiperə yeni müqavilə təklif etməyib.
Bu barədə qapıçı özü “tvitter” hesabından məlumat yayıb.
Müqaviləsi başa çatan futbolçu klubdan yeni təklif gəlmədiyi üçün başqa komandalarla danışıq apara biləcəyini bildirib.