Dünyadan

“Fənərbaxça” iki futbolçunu komandadan uzaqlaşdırdı

Türkiyənin “Fənərbaxça” klubu hücumçu Emmanuel Emenike və hollandiyalı müdafiəçi Van der Vil heyətdən uzaqlaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçular bundan sonra əsas komanda ilə birlikdə məşq etməyəcək. Legionerlər onlar üçün hazırlanan fərdi proqramla məşq edəcək. Hər iki futbolçunun qış fasiləsində komandadan göndərilməsi gözlənilir.

Qeyd edək ki, Emenike mövsümün əvvəlində icarədən qayıdıb. Van der Vil isə PSJ-dən transfer edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43