Çexiya millisinin futbolçusu Mixal Kadlets Dünya Çempionatı 2018-in seçmə mərhələsində yer aldıqları qrup haqqımda fikirlərini bölüşüb.
İdmanxeber.com-un məlumatına görə, Türkiyənin “Fənərbaxça” klubunun 31 yaşlı müdafiəçisi DÇ-2018-in püşkatmasından razı qaldığını bildirib.
“Qrupumuzun aşkar favoriti Almaniyadı. Bundestimlə qarşılaşmanı səbirsizliklə gözləyirəm. Çünki mən yarı çex, yarı almanam. Bilirəm ki, onlar meydanda heç kimə güzəştə etməyəcək. Amma biz onlardan da xal ala bilərik. Yalnız ikinci yer uğrunda mübarizə aparmağımız düzgün olmaz. Biz 1-ci olmaq üçün də çalışacağıq. Norveç bizim üçün çox pis rəqibdi. Onlarla son qarşılaşmalarımız da bunu göstərir. Azərbaycan heç də münasib komanda deyil. Çünki bizi bu ölkəyə uzaq səfər gözləyir. Şimali İrlandiya isə çox sərt futbol oynayır. Hətta San-Marino ilə qarşılaşma da asan olmayacaq”.