27 Dekabr 2024
Ölkə futbolu

FLAŞ! “Xəzər Lənkəran”ın qorxduğu başına gələ bilər

"Bakı"yla oyunda zədələnərək matçı yarımçıq dayandıran "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin zədəsi ilə bağlı qeyri-müəyyənlik davam edir.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Cənub klubunun aparıcı siması ola bilsin ki, 2-3 həftə yaşıl meydanlardan kənar qalsın. Buna səbəb onun zədəsinin ciddi olmasıdı. Buna rəğmən son sözü həkimlər deyəcək.

Həkim müayinəsindən bugün keçəcək Rahidlə bağlı son durum haqda bir neçə saatdan sonra rəsmi olaraq açıqlama veriləcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" bazar günü səfərdə AZAL-la qarşılaşacaq. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43