Xərcəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynli üçün başlanılan yardım kompaniyası davam edir.
İdmanxeber.com-un məlumatına görə, Premyer Liqanın bir çox klubları da öz futbolçularının futbolkalarını auksiyona qoyaraq Nərminə dəstək olurlar. Bu məqsədlə “Neftçi” klubunun üzvü Flavinyonun Avroliqada geyindiyi forma da satışa çıxarılıb. “Par Bulvar”da davam edən auksiyonda satışa çıxarılan Flatinyo forması 250 manata satılıb.
Bundan əlavə hərracda “Xəzər Lənkəran”, “Qarabağ”, “Araz Naxçıvan” formaları da var.