“Neftçi” daha bir futbolçu ilə müqavilə bağlaya bilər.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Braziliyanın “Fluminense” klubunun müdafiəçisi Ayltonu baxışa çağırıb.
Hazırda təlim-məşq toplantısında olan “ağ-qaralar”ın məşqçilər korpusu bu futbolçunu Macarıstan MTK-sı ilə yoxlama oyununda sınayacaq.
Qeyd edək ki, Aylton son 6 ayı icarə əsasında “Botafoqo”da keçirib.