Milli komanda

Fransa – Azərbaycan oyununun vaxtı bəlli olub

19 yaşadək futzalçılar arasında təşkil olunacaq AVRO-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

İdmanxeber.az-ın məlumata görə, yığma martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Ertəsi gün rəqib Bosniya və Herseqovina seçməsi olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43