Ölkə futbolu

Qurban Qurbanov bunun bilinməsini istəmədi

Qurban Qurbanov müharibə zamanı Gəncəyə endirilən raket zərbələrindən zərər çəkmiş Həsənovlar ailəsini bir daha sevindirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin Gəncə səfərində Məryəm və Aylin bacıları ilə görüşdüyünü xəbər vermişdik. Görüş zamanı uşaqlar Qurban Qurbanova onlara verdiyi dəstək və göndərdiyi hədiyyələr üçün təşəkkürlərini bildiriblər.

Əldə etdiyimiz məlumata görə, təcrübəli çalışdırıcı Gəncəyə bu səfər də əli boş getməyib. O, “Kəpəz”lə oyun öncəsində uşaqlara yenidən çoxlu sayda hədiyyələr verib.

Qurbanov bunun gizli qalmasını istədiyi üçün həmin vaxt bu barədə mətbuata heç bir məlumat verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43