Kateqoriyasız

Fransalı futbolçu DÇ-2022-ni buraxa bilər

Fransa millisinin futbolçusu Rafael Varan bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

İdmanxeber.az-ın “LEquipe”ə istinadən məlumatına görə, buna “Mançester Yunayted”ində çıxış edən 29 yaşlı müdafiəçinin “Çelsi” ilə 1:1 hesablı heç-heçə etdikləri İngiltərə Premyer Liqanın XIII tur oyununda zədələnməsi səbəb olub. Varanın mundialadək Mançester təmsilçisinin heyətində meydana çıxmayacağını söyləyib.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43