04 İyun 2026
Dünya futbolu

Fransalı futbolçu “Yuventus”a qayıdır

Randal Kolo Muani yenidən “Yuventus”a keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Turin klubu fransalı hücumçunun transferi üçün yeni cəhd edib. Kolo Muani bu keçidə müsbət yanaşır. O, son mövsüm icarə əsasında “Tottenhem”də çıxış edib, 30 oyunda 1 qol vurub.

Daha əvvəl isə 2024/25 mövsümünün ikinci yarısını “Yuventus”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43