“Atletiko”nun hücumçusu Xulian Alvares yayda komandasını dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı forvardla “Barselona” və PSJ maraqlanır. Məlumata görə, futbolçunun prioriteti “Barselona”dır.
Kataloniya klubu Alvares üçün 100 milyon avro təklif etsə də, Madrid təmsilçisi bu təklifi geri çevirib.

