Kateqoriyasız

Gəncədəki ilk oyunla bağlı reportaj – VİDEO

Peşəkar Futbol Liqası Gəncədə “Kəpəz” və “Neftçi” komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının X tur oyunundan reportaj hazırlayıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, süjetdə hər iki komandanın azarkeşlərinin açıqlamaları yer alıb.

Gəncədəki fanatlar böyük futbolun şəhərə qayıtmasını arzuladıqlarını və bunun gerçəkləşdiyi üçün sevindiklərini bildiriblər.

Qeyd edək ki, qarşılaşma “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Kəpəz” “Zirə”yə qarşı I turdakı ev oyunun Bakıda “Dalğa Arena”da, növbəti görüşlərini isə Qəbələ şəhər stadionunda keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43