Kateqoriyasız

“Napoli” gürcü oyunçu ilə yeni müqavilə imzalayır

“Napoli” futbolçusu Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalaya bilər.

İdmanxeber.az-ın məlumatına görə, komanda 21 yaşlı hücumçuya yeni sözləşmə təklif edəcək. Rəhbərlik futbolçunun performansına görə onun maaşını da artırmağı düşünür.

Qeyd edək ki, gürcüstanlı forvard cari mövsüm 14 matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43