Ölkə futbolu

Gözlənilən xəbər Larnakadan gəldi – Onlar “Molde” ilə oyunda…

“Qarabağ” bu gün Çempionlar Liqasında III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun zədəli futbolçuları – Mahir Emreli və Xayme Romeronun da son durumuna aydınlıq gəlib. Axşamkı oyunda Mahirin əsas heyətdə meydana çıxması gözlənilir. Qurban Qurbanov X.Romeroya oyunun gedişində ehtiyac duya bilər. Hər halda bir müddəti oyunlara çıxa bilməyən ispaniyalı yarımmüdafiəçi oyuna tam hazır deyil. Lakin son qərar yenə Qurbanovun olacaq.

Qeyd edək ki,  Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43