Polşanın paytaxtı
Varşava şəhərində qadın güləşi üzrə “Poland Open” turniri keçirilir.
İdmanxeber.com-un
məlumatına görə, Azərbaycan təmsilçiləri uğur qazana biliblər.
8 kiloqram çəki dərəcəsində mübarizə aparan Mariya
Stadnik bütün rəqiblərinə təmiz qələbə ilə qalib gələrək qızıl medal qazanıb.
55 kiloqramdakı təmsilçimiz Nataliya
Şinişin bürünc medal uğrundakı görüşdə məğlub olaraq yarışı 5-ci yerdə başa
vurub.
60 kiloqramda isə İrina Netreba təsəlliverici görüşlərə qatılmaq
şansı əldə edib və bürünc medal qazanmağı bacarıb.