“Rəvan”ın baş məşqçisi Güvənç Kurtar Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacaqları “Bakı” ilə çətin səfər matçından danışıb.
İdmanxeber.com-a açıqlama verən “aslanlar”ın baş məşqçisi sabahkı oyunda “Bakı”nı məğlub edə biləcəklərini bildirib:
“Düzdü ilk oyunda uduzduq. Buna baxmayaraq şanslar yenə 50-50-yədi. Onlar bizi burda uddular, biz də onları orada məğlub edəcəyik. Komanda bu oyuna demək olar ki, hazırdı. Biz iddiamızı sona kimi davam etdirəcəyik. Növbəti mərhələyə keçmək istəyirik”.