“Rəvan” martın 19-u Azərbaycan Kubokunun 1/4 finalında “Bakı” ilə cavab görüşünə çıxacaq.
İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, komanda bu matça tam qüvvə ilə hazırlaşır.
Bu oyuna görə baş məşqçi Güvənc Kurtar “Simurq”la səfər oyunu üçün Zaqatalaya 4-ü cəzalı futbolçu olmaqla 10 aparıcı oyunçunu aparmamışdı. Bakıda qalan futbolçular “Bayıl Arena”da köməkçi məşqçilərin rəhbərliyi altında məşqləri davam etdiririb. Bu gün isə komanda yenidən tam şəkildə toplaşıb. “Bayıl Arena”da baş tutan axşam məşqində komandanın bütün üzvləri iştirak edib.
Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular taktiki-texniki hazırlığa başlayıb. Müxtəlif təmrinlərin həyata keçirildiyi məşqdə taktiki gedişlər üzərində də çalışılıb. Sonda futbolçular standart vəziyyətlər üzərində də işləyib.