Azərbaycan güləşçisi Hacı Əliyev “Minsk 2019” II Avropa Oyunlarında bu gün qızıl medal uğrunda həlledici görüşə çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, yığmamızın liderlərindən biri – 3 qat dünya və 3 qat Avropa çempionu 65 kq) finalda Vladimir Xinceqaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. İdmançımız bu mərhələyədək Valodya Franqulyan (Ermənistan), George Koliyev (Belarus) və Xor Oqannesyana (Ukrayna) qalib gəlib. O, həlledici görüşdə rəqibini 4:0 üstələyərək qızıl medala sahib olub.
Qeyd edək ki, 97 kq çəkidə mübarizə aparan güləşçimiz Nurməhəmməd Hacıyev isə zədə səbəbindən həlledici görüşə çıxa bilməyib. Pəhləvanımız məcburiyyətdən gümüş medalla kifayətlənməli olacaq. Hacıyev bu günfinalda rusiyalı güləşçi Abdulrəşid Sadullayevlə qarşılaşmalı idi.