Fransanın “Lans” klubu rəsmi internet saytında Hafiz Məmmədovun Lansa səfəri zamanı lentə alınmış görüntülərdən hazırladığı videomaterial yerləşdirib.
“Bakı”nın saytına istinadən yaydığımız xəbərə görə, material Hafiz Məmmədovun Luvr qalereyasını ziyarəti ilə başlayır. Ardından “Lans” klubunun prezidenti Jerve Martelle “Feliks Bollar” stadionunda gəzişməsi, Fransa 2-ci liqasının “Lans”-“Şatoru” oyununu izləyən anları yer alır.
Videoda “Lans”ın qələbəsini alqışlayan Hafiz Məmmədov komandanın soyunub-geyinmə otağına gələrək, futbolçuları qələbə münasibə ilə təbrik edir və “9 milyonluq Azərbaycan xalqı sizi sevir və dəstəkləyir” sözləri ilə davam edir.
Qısa süjetdə “Bakı”nın və “Lans”ın sahibi 2 həftə ərzində Lansda təlim-məşq toplantısı keçirən “Bakı”nın U-15 komandasının gənc futbolçuları ilə görüşü də öz əksini tapıb.