AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Hakimlər Komitəsinin tərkibi də təsdiqlənib.
İdmanxeber.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, komitənin sədri əvvəlcədən də bilindiyi kimi Fritz Ştuxlik olub. Departamentə isə Cavid Cəlilov rəhbərlik edəcək.
Vüsal Əliyev, Ömər Paşayev, Anar Salmanov və Elçin Məmmədov komitəyə üzv seçiliblər.
Digər təyinatlar isə aşağıdakı kimidir:
Əməkdaşlar
Akif Əmirəli
Ceyhun Haşımov
Əliyar Ağayev
Orxan Məmmədov
Şahin Cəfərov
Fitnes məşqçi
Namiq Quliyev