27 Dekabr 2024
Ölkə futbolu

Henk Şolinq “Qəbələ”də

“Qəbələ” Futbol Akademiyasına yeni fizioterapevt təyin olunub.  

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, bu, hollandiyalı mütəxəssis Henk Şolinqdir.

1964-cü il martın 5-də Hollandiyanın kiçik Anloo qəsəbəsində anadan olan 49 yaşlı mütəxəssis zəngin iş təcrübəsinə malikdir. Henk əmək fəaliyyətinə 1984-cü ildə Herenven şəhərinə təmsil edən və ölkənin birinci divizionunda mübarizə aparan “PEC-Zwolle” komandasında başlayıb.

Gənc mütəxəssis klubun əsas və gənclərdən ibarət komandasında məşqçi kimi çalışmaqla futbol sahəsində ilk addımlarını atıb. Dörd il “PEC-Zwolle”də çalışan Henk Şolinq 1990-2000-ci illərdə Danimarka Premyer Lıqasında çıxış edən “Vitess” (Arnhem) klubunda fizioterapevt kimi çalışıb. Maraqlıdır, mütəxəssis 1993-cü ildə Danimarka Volleybol Federasiyasından təyinat alıb və ölkəsinin kişilərdən ibarət əsas komandasında da fizioterapevt kimi fəaliyyət göstərib.

2001-2003-cü illərdə mütəxəssis Arnhem şəhərində yerləşən Papendal Milli Tibbi İdman Mərkəzində (National Sports Medical Center Papendal) fizioterapevt kimi çalışıb. O, 2003-cü ildə Danimarka Premyer Liqasında çıxış edən “Utrecht” klubunun əsas komandasının fizioterapevti təyin edilib və bir il bu vəzifədə çalışıb. Yeni fizioterapevtimiz 2004-cü ildən bu günlərədək zədələrlə bağlı futbolun təhlili, zədələrin baş verməsi səbəbləri və onların profilaktikası, eləcə də fizioterapiya sahəsində təlimat və vəsaitlərin hazırlanması ilə də məşğul olub. Ümumilikdə, idmana və aktiv həyat tərzinə üstünlük verən Henk Şolinq qaçış, xizəkdə sürüşmə və başqa idman növlərinə maraq göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43