Yunan-Roma güləşində erməni idmançıya uduzmaqla finala vəsiqə qazana bilməyən Həsən Əliyev məğlub olmasına rəğmən ondan dəstəyini əsirgəməyən insanlara təşəkkürünü "facebook" səhifəsi vasitəsi ilə bildirib.
İdmanxeber.com idmançının fikirlərini olduğu kimi təqdim edir:
"Əziz, dəyərli millətim. And olsun sözün əsl mənasında deyə bilmirəm heç nə… Çünki deyəcək söz tapmıram. Etdiyiniz iş elə bir kömək oldu ki, bu dünyada dəyəri yoxdu.
Bir onu deyim, tam səmimi olaraq deyirəm and olsun Allaha, layiq olmadığım dəyəri verdiniz, layiq olmadığım işi mənə görə etdiniz. Bütün milətimin qarşısında baş əyirəm. Bir gün əvvəl özümü ən bədbət insan kimi hiss edirdim. Bugün məni ən xoşbəxt insan etdiniz, bu yaxşılığınızın qarşılığı yalnız Allahdadı, Allah verə bilər, mən acizəm!
Bayrağıma verdiyim dəyəri bir Allah bilir. Nə çəkdiklərimi də… Həsas insan olduğum ücün başıma gələn bu işi ölənə qədər unutmaram. Bundan sonra min dığa da udsam, Qarabağım uğrunda hamsını tək də öldürsəm, qəlbim sakitləşməyəcək!
Sadəcə yanımda olduğunuz ücün, mənimlə olduğunuz ücün minnətdaram. Allah bizim milləti həmişə bir əqidə, bir fikir üstündə birləşdirsin. Onda görərsiniz Azərbaycan xalqı necə xalqdı, necə millətdi."