Son İtaliya çempionu “Yuventus” gənc futbolçusu Domeniko Berardi ilə yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, turinlilər hücumçunu digər İtaliya təmsilçisi “Sasuolo”ya satıb.
“Qara-yaşıllar”da icarə əsasında çıxış edən 20 yaşlı forvard birdəfəlik həmin klubun futbolçusu olub. Bu keçid üçün “Yuventus”a 10 milyon avro ödəniləcək.