Ölkə futbolu

İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər açıqlanıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə bir sıra vacib məsələlər daxil edilib.

Bunlar Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər, 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi, AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi, veteranlar üçün fərdi təqaüdlər haqqında Əsasnaməsinin təsdiqi, Yoxlama və Təftiş Komitəsinin hesabatı, I Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi, Azərbaycan Premyer Liqası, I Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi, I Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi, 2023/2024 mövsümündən I Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi, Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı qurum rəhbərliyinin məlumatı və digər məsələlərdir.

Qeyd edək ki, İcraiyyə Komitəsinin iclası martın 7-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43