Dünya futbolu

“El Klasiko”nun favoriti “Real”dır – Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya kubokunun yarımfinal oyunu öncəsi açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı məşqçi martın 2-də “Real”a qarşı görüşün çox çətin keçəcəyini bildirib. Xavi hazırda Madrid klubunun çox formada olduğunu açıqlayıb:

“Real” ötən mövsüm bir çox titul qazanıb. Bizimlə oyuna səfərdə “Liverpul” kimi kluba qalib gələrək çıxacaqlar. Biz keçid dövründəyik. İnkişaf etməyə çalışırıq. Belə oyunlarda özümüz xüsusi göstərməliyik. Komanda olmağı bacarmaq lazımdır. Cəsarətli olmalı və meydanda xarakter göstərməliyik. Oyunun favoriti “Real”dır”.

Tərəflər arasında ilk matç Madriddə baş tutacaq. Görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43