“Beşiktaş” 3 futbolçu ilə yollarını ayırıb.
"Qara qartal" qış toplanışı üçün 3 futbolçusunu – kapitan İbrahim Toraman, Gökhan Süzən və Sezer Öztürkü düşərgəyə çağırmayıb. Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, hər üç futbolçunun komandadan göndəriləcəyi dəqiqləşib.
Məlumat üçün deyək ki, "Xəzər Lənkəran"ın transfer etmək istədiyi futbolçulardan birinin İbrahim Toraman olduğu bildirilir.