Dünya futbolu

İkardini istəmirlər: “Gələcək planlarımıza daxil deyil”

Fransanın PSJ klubunun rəsmisi Mauro İkardi barədə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, klubun diman direktoru Kristof Qalte argentinalı futbolçunun Paris təmsilçisindəki gələcəyi ilə bağlı danışıb. O, İkardinin davamlı oynamasının özü üçün yaxşı olduğunu bildirib:

“Mauro bir neçə ildir bizdədir. Ancaq burada uzun müddət oynamadı. O, bizim gələcək planlarımıza daxil deyil. Türkiyədə davamlı oynaması yaxşıdır. Formasını qoruya bilər”.

29 yaşlı futbolçu cari mövsüm icarə əsasında “Qalatasaray”da çıxış edir. İstanbul klubunun hücumçunun birdəfəlik keçidini həll etmək üçün PSJ ilə danışıqlara başlayacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43