Kateqoriyasız

“İlin qalibləri-2021″in mükafatçıları müəyyənləşdi

İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2021” layihəsi üzrə mükafatçıları müəyyənləşib.

Qaliblər Bakı Olimpiya Stadionunda açıqlanıb.

Nominasiyalar üzrə:

İlin İdman Xadimi – İlqar Rəhimov (Milli Paralimpiya Komitəsinin prezidenti)

İlin əcnəbi futbolçusu – Abdullah Zubir (“Qarabağ”, Fransa)

İlin futbolçusu – Emin Mahmudov (“Neftçi”)

İlin İdmançısı – İrina Zaretska

İlin Komandası – “Qarabağ” futbol komandası

İlin məşqçisi – Qurban Qurbanov (“Qarabağ” futbol komandasının baş məşqçisi)

İlin İdman Yarışı – AVRO-2020-nin Bakıda keçirilmiş 4 oyunu

Xüsusi mükafatlar:

Kütləvi futbola dəstək verdiyi üçün – Azfar Group

İlin bütün qaliblərini düzgün müəyyənləşdirdikləri üçün – Fanat.az, ATV

Qeyd edək ki, ardıcıl 9-cu il həyata keçirilən layihənin baş sponsoru “Azfar Group”, sponsoru Azərbaycanın ilk idman geyimi brendi “Il`Azero”, informasiya dəstəkçisi “Report”, təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43