Kateqoriyasız

“İnanıram ki, sabah futbolçularım özünü əsil döyüşçü kimi aparacaq” – Qurban Qurbanov

“Biz rəqibin gücünü səfərdə də gördük. Tez bir zamanda hücuma çıxan, müdafiədə diqqətli oynayan komandadı. Lakin sabah öz meydanımızda oynayırıq və bu bizim üçün üstünlükdü. İnanıram ki, sabah futbolçularım ozunu döyüşçü kimi aparacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AEL-lə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

Qurbanov daha sonra sözlərinə belə davam edib:

“Bütün futbolçuların, məşqçilərin fikiri oyunda olmalıdı. Əsas odur səhv etməyək. Avropa oyunlarında elə olub ki, ciddi səhvlərə görə, böyük uğurları itirmişik. Lakin özümüzü mədəni aparıb, təmkinli davranmışıq. Sabahkı oyunda da daha diqqətli olmalıyıq. Mənim azarkeşlərə hər hansı bir tövsiyyəm yoxdu. İnanıram ki, sabahkı oyunda onsuz da azarkeşlərimiz öz mədəniyyətini göstərəcək. Futbol aqressiv oyundu. Ola bilər hər hansı azarkeş atışmalardan zövq alır. Fikirlər müxtəlifdi. Biz hər zaman öz mədəniyyətimizi göstərməyə çalışmışıq. İdman prinsiplərini sona qədər qorumağa çalışacağıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43