Ölkə futbolu

“İnter” daha bir futbolçusunu qovdu!

Qış fasiləsi yarandıqdan sonra "İnter" daha bir futbolçusu ilə yollarını ayırıb.

Daha öncə Daniel Genovu komandadan uzaqlaşdıran "bankirlər" bu dəfə İlço Naumovskiyə qapını göstərib.

Qeyd edək ki, Makedoniya millisinin 31 yaşlı sabiq üzvü İlço böyük ümidlərlə transfer olunsa da, heç nə ilə yadda qalmayıb. Xüsusən də zədələr ona oynamağa imkan verməyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43