Dünya futbolu

“İnter” “Roma”nın futbolçusunu transfer edir

“Roma”nın müdafiəçisi Kostas Manolas karyerasını “İnter”də davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, Milan təmsilçisi 25 yaşlı futbolçunun transferini 43 milyon avroya artıq həll edib.

“Yuventus”, “MY”, “Çelsi” və “Arsenal”ın da maraqlandığı futbolçu “Roma” ilə gələn il başa çatacaq müqaviləni artırmaq fikrində deyil.

Qeyd edək ki, cari mövsüm yunan futbolçu A seriyasında 20 oyunda forma geyinib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43