İdman

Elxan Məmmədov İcraiyyə Komitəsinə seçilə bilmədi

Bu gün Finlandiyanın paytaxtı Helsinki şəhərində UEFA-nın 41-ci növbəti Konqresi keçirilir. Konqresin gündəliyində olan əsas məsələlərdən biri  UEFA İcraiyyə Komitəsinin 8 üzvünün seçilməsi idi.

İdmanxeber.com-un məlumatına görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.  UEFA İcraiyyə Komitəsi üzvlüyünə AFFA-nın baş katibi Elxan Məmmədov da namizədliyini irəli sürmüşdü.

Konqresdə keçirilən səsvermədən sonra Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə üzv seçilə bilməyib. Belə ki, o, cəmi 24 səs toplayaraq ilk “8-lik”dən kənarda qalıb. İcraiyyə Komitəsinə Zbinqnievn Boniek (Polşa), Con Delaney (İrlandiya), David Gill (İngiltərə), Reinhard Qrindel (Almaniya), Karl-Erik Nilson (İsveç), Mişel Uya (İtaliya), Mixael Van Praq (Hollandiya) və Türkiyə təmsilçisi Servet Yardımcı seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43