Dünya futbolu

Dmitri Nağıyev: “Qəbələ” mənə görə kompensasiya ödəmədi”

“Mən “Qəbələ”də Yuri Syomin ona baş məşqçilik edəndə oynaya bilərdim. Həmin vaxt bu mütəxəssisin rəhbərliyi altında məşq etdim”.

İdmanxeber.com-un məlumatına görə, bu fikirləri “Dnepr”in futbolçusu Dmitri Nağıyev Ukrayna mətbuatına müsahibəsində bildirib. Ukrayna Premyer Liqasının son turunda “Zvezda”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda qələbə topunun müəllifi olan 21 yaşlı müdafiəçi baş tutmayan “Qəbələ” karyerasından danışıb:

“Qəbələ” mənimlə müqavilə bağlamağa hazır idi. Ancaq mənə görə kompensasiya ödəmədən. Sonda nəsə alınmadı. İndi “Dnerpr”dəyəm və hər şey xoşuma gəlir”

Nağıyev “Qəbələ”nin hazırkı baş məşqçisi olan həmyerlisi Roman Qriqorçukdan dəvət almadığını bildirib: “Belə konkret təklif olmayıb. Yayda bir klubdan zəng etmişdilər. Ancaq məsələ konkterliyə gəlmədi”.

Xatırladaq ki, Ukraynada dünyaya gəlsə də, anası tərəfdən Azərbaycanla bağlı olan Dmitri U-21 yığmamızda oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43