Ölkə futbolu

“İnter”də daha bir futbolçu ilə ayrılıq

Bakının "İnter" klubundan ayrılan daha bir futbolçunun adı müəyyənləşib.
 
İdmanxeber.com-un məlumatına görə, "bankirlər" paraqvaylı futbolçu Sezar Meza Kolli ilə müqavilənin müddətini uzatmayıb və yollarını ayırıb.
 
 

Qeyd edək ki, Meza Kolli 2013-2015-ci ilərdə paytaxt təmsiliçisinin formasını geyinib. 2016-cı ilin yanvarında futbolçu ilə yenidən altı aylıq müqavilə imzalanıb. Cari mövsümdə Meza Kolli 15 oyunda meydana çıxıb.

 

mənbə: qol.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43