Yerli mətbuatda çıxan xəbərlərə görə, Bakının “İnter” klubu Braziliyanın ikinci liqasında “Braqantino” klubunda top qovan Paulinyo ilə müqavilə imzalayıb.
Hətta, bu transferin “bankilər”in qış fasiləsində son transferi olduğu bildirilir. Ancaq klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, Paulinyo ümumiyyətlə komandanın gündəmində olmayıb və yayılan xəbərlər həqiqəti əks etdirmir. Bizə verilən digər məlumata görə isə paytaxt klubu hazırda bir hücumçunun yolunu gözləyir.